AzPatch
AzPatch, oyunlarda Azərbaycan dilinin daha çox görünməsi və oyunçuların sevdiyi hekayəli oyunları öz dilində daha rahat təcrübə etməsi üçün yaradılmış bir lokalizasiya layihəsidir. Məqsədimiz müxtəlif oyunları Azərbaycan dilinə tərcümə etmək, oyunçular üçün daha anlaşılan, keyfiyyətli və doğma bir oyun təcrübəsi yaratmaqdır.
Biz inanırıq ki, oyun sadəcə əyləncə deyil, həm də hekayə, atmosfer və hisslərdir. Buna görə də tərcümələrimizdə yalnız sözləri çevirməyə yox, oyunun ruhunu, dialoqların mənasını və personajların danışıq tərzini qorumağa çalışırıq.
Discord serverimizdə AzPatch layihələrinin inkişaf prosesini izləyə, yeni yama xəbərlərindən xəbərdar ola, təklif etdiyiniz oyunları bizimlə paylaşa və Azərbaycan dilinə tərcümə olunmasını istədiyiniz oyunlar haqqında fikir bildirə bilərsiniz.
0
리뷰 0개
리뷰는 등록된 사용자만 남길 수 있습니다. 모든 리뷰는 Top.gg의 사이트 중재자가 관리합니다. 게시하기 전 저희의 지침을 반드시 확인해 주세요.
별점 5점
0
별점 4점
0
별점 3점
0
별점 2점
0
별점 1점
0